Moskvada yerləşən Lenin Mavzoleyi iki il müddətinə bərpa işlərinə görə bağlanacaq.
Operativ Media xəbər verir ki, bu səbəbdən, Rusiya vətəndaşları Leninin mumiyalanmış cəsədini son dəfə görmək üçün uzun növbələrə düzülüblər.
Bəzi xarici media yazır ki, növbələr əvvəlcə siyasi etiraz kimi görünsə də, əslində insanlar Mavzoleyin bağlanmasından əvvəl onu görmək üçün tələsirlər.
Qeyd edək ki, Lenin Mavzoleyi Sovet İttifaqı dövründən bu günə qədər turistlərin və yerli sakinlərin maraq mərkəzində qalır.
İki illik təmir prosesi zamanı bürünmüş bədənin saxlanması və qorunması ilə bağlı xüsusi tədbirlər görüləcəyi gözlənilir.