Gürcüstanda yaşayan azərbaycanlılar Qurban bayramını qeyd edirlər

Nərmin Qocamanlı
Gürcüstanda yaşayan azərbaycanlılar Qurban bayramını qeyd edirlər

Gürcüstanda yaşayan azərbaycanlılar Qurban bayramını qeyd edirlər. 

Operativ Media xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb.

"Günəşin doğması ilə ölkənin bütün məscidlərində bayram namazı qılınıb. Batuminin baş məscidində mərkəzi ibadəti müfti Adam Şantadze aparıb", - məlumatda qeyd olunub.

“Sakstat”ın məlumatına görə, Gürcüstanda 400 minə yaxın müsəlman yaşayır, ölkədə 250-dən çox məscid var, onlardan 100-ə yaxını artıq müsəlman icmasının mülkiyyətinə keçib. 

 

Digər xəbərlər