Menyu

AYNA "Sea Breeze"dəki konsertə xüsusi avtobuslar ayırıb

Nərmin Qocamanlı
AYNA "Sea Breeze"dəki konsertə xüsusi avtobuslar ayırıb

Bu gün “Sea Breeze”də baş tutacaq “Yay musiqi mövsümü”nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər