Ana səhifə / Dünya / Tramp qırmızı Tesla avtomobilindən imtina etməyi planlaşdırır Tramp qırmızı Tesla avtomobilindən imtina etməyi planlaşdırır 06.06.2025, 18:35 Əsəd Abbaslı ABŞ prezidenti Donald Tramp sahib olduğu qırmızı rəngli Tesla avtomobilindən imtina etməyi planlaşdırır. Operativ Media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp bu avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək nişanəsi olaraq almışdı. Lakin hazırda o, Tesla-nı satmaq niyyətindədir. Bu qərarın Tramp ilə Mask arasında son vaxtlar yaşanan münasibət dəyişiklikləri və ya siyasi imic məsələləri ilə əlaqəli ola biləcəyi ehtimal olunur. Məsələ ilə bağlı Trampın rəsmi nümayəndəsi hələlik şərh verməyib. Teqlər: "Tramp q\u0131rm\u0131z\u0131 Tesla avtomobilind\u0259n imtina etm\u0259yi planla\u015fd\u0131r\u0131r"
05.02.2026, 23:28 Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir