Rusiyada kiçik və orta biznes üçün kredit faizləri azaldılır
Əsəd Abbaslı
Rusiyanın Mərkəzi Bankının əsas faiz dərəcəsini azaltmaq qərarından sonra ölkədə kiçik və orta biznesə verilən güzəştli kreditlər üzrə faizlər də aşağı salınacaq.
Operativ Media xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Korporasiyası (MSP) məlumat yayıb.
Məlumata görə, kiçik texnoloji şirkətlər üçün faiz dərəcəsi 13%-ə endiriləcək.
Endirim həm yeni veriləcək, həm də artıq verilmiş kreditlərə şamil olunacaq.
Yeni qərar biznesin maliyyə yükünü azaltmaq və iqtisadi fəallığı dəstəkləmək məqsədi daşıyır.
Teqlər:
"Rusiyada ki\u00e7ik v\u0259 orta biznes \u00fc\u00e7\u00fcn kredit faizl\u0259ri azald\u0131l\u0131r"