Ozempic, Rybelsus və Wegovy kimi geniş istifadə olunan dərmanların tərkibindəki semaglutid maddəsinin nadir hallarda görmə itkisinə səbəb ola biləcəyi müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.
Bildirilib ki, həmin preparatlar əsasən şəkərli diabet və piylənmə ilə mübarizədə istifadə olunur.
EMA-nın araşdırmalarına əsasən, semaglutid maddəsi bəzi pasiyentlərdə göz sinirlərinə təsir göstərərək görmə qabiliyyətinin zəifləməsinə və ya qismən itkisinə yol aça bilər.
Hazırda Avropa Dərman Agentliyi bu yan təsirin yayılma səviyyəsini və səbəblərini dəqiqləşdirmək üçün əlavə araşdırmalar aparır.
Mütəxəssislər isə dərmandan istifadə edən şəxsləri görmədə dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etməyə çağırırlar.






