Menyu

Gürcüstanın Baş naziri müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib

Əsəd Abbaslı
Gürcüstanın Baş naziri müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qurban bayramı münasibətilə ölkənin müsəlman icmasını təbrik edib.

Operativ Media xəbər verir ki, Baş nazir bu münasibətlə Dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə birlikdə Tbilisi məscidini ziyarət edib.

“Aramızda formalaşmış münasibətlər və dostluqla böyük qürur hissi keçiririk. Gürcüstan hökuməti müsəlman icmasının maraqlarına maksimum qayğı ilə yanaşır və bu siyasət gələcəkdə də davam edəcək. Siz ölkəmizin inkişafına və tərəqqisinə mühüm töhfə verirsiniz. Bunun üçün sizə dərin təşəkkürümü bildirirəm,” – deyə Kobaxidze qeyd edib.

Qeyd edək ki, Qurban bayramı Gürcüstanda rəsmi olaraq tanınan dini bayramlardan biridir və ölkənin müxtəlif dini icmaları arasında tolerantlıq mühiti ilə seçilir.

Teqlər:

"G\u00fcrc\u00fcstan\u0131n Ba\u015f naziri m\u00fcs\u0259lman icmas\u0131n\u0131 Qurban bayram\u0131 m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"

Əlaqəli Xəbərlər