Menyu

Almaniyada 14 yaşlı məktəbli terror aktı hazırlamaqda şübhəli bilinir

Əsəd Abbaslı
Almaniyada 14 yaşlı məktəbli terror aktı hazırlamaqda şübhəli bilinir

Almaniyada 14 yaşlı yeniyetmə Emirhan A. İslam Dövləti (İŞİD) ilə əlaqədə olmaq və 2025-ci ilin dekabrında Milad yarmarkasında terror aktı hazırlamaqda şübhələnir.

Operativ Media xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Bildirilir ki, polis sosial şəbəkələrdə İŞİD-in simvollarını və terrorçulara and içmə videosunu paylaşan yeniyetməni nəzarətə götürüb.

İstintaqın versiyasına görə, o, planlaşdırılan partlayışı həyata keçirmək istəyib.

Hazırda məktəbli həbsdədir, evində isə axtarışlar davam edir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər