Ana səhifə / Dünya / YouTube-un fəaliyyətində nasazlıq baş verib YouTube-un fəaliyyətində nasazlıq baş verib 06.06.2025, 23:55 Əsəd Abbaslı YouTube platformasının işində bu gün bir sıra ölkələrdə texniki nasazlıqlar müşahidə olunub. Operativ Media xəbər verir ki, bu barədə məlumatı Downdetector saytı yayıb. Bildirilir ki, ən çox şikayət ABŞ-dən daxil olub. 5 mindən çox istifadəçi tətbiqin işləməməsindən narazılığını bildirib. Nasazlıqlar həmçinin Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb. Problem əsasən tətbiqə giriş və videoların yüklənməsi ilə bağlıdır. YouTube hələlik rəsmi açıqlama verməyib. Teqlər: "YouTube-un f\u0259aliyy\u0259tind\u0259 nasazl\u0131q ba\u015f verib"
05.02.2026, 23:28 Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir