Menyu

Bayram günlərində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib

Nərmin Qocamanlı
Bayram günlərində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib

İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20 554 sərnişin daşınıb: "Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə, iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib".

Bildirilib ki, sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər