Kanadada meşə yanğınlarda 2 milyon hektardan çox ərazi yanıb
Kanadanın qərb və mərkəzi əyalətlərində günlərdir davam edən meşə yanğınları külək səbəbindən nəzarətdən çıxıb.
Operatov Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 2,2 milyon hektardan çox ərazi yanaraq külə dönüb və bir çox tikililərə ziyan dəyib.
Alovdan çıxan tüstü ABŞ ilə həmsərhəd olan bəzi ştatlarda havanın keyfiyyətini ciddi şəkildə aşağı salıb. İnsanlara küçəyə çıxarkən maska taxmaq barədə xəbərdarlıq edilib.
Teqlər:
"Kanadada me\u015f\u0259 yan\u011f\u0131nlarda 2 milyon hektardan \u00e7ox \u0259razi yan\u0131b"