ABŞ dövlət katibi Marko Rubio Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı zamanı Ukrayna və Rusiya arasında sülh danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus məlumat verib.
“Dövlət katibi Rubio uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsinin önəmini qeyd edib”, – məlumatda deyilir.
Danışıq zamanı tərəflər həmçinin, Yaxın Şərqdəki vəziyyəti, ABŞ-nin İsrailin HƏMAS-a qarşı səylərinə verdiyi dəstəyi və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün görülən tədbirləri müzakirə ediblər.