Menyu

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Əsəd Abbaslı
Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Xidmətdən Operativ Media-ya bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.

Şahdağda arabir qar yağıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər