Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə telefon vasitəsilə danışıq aparıb.
Operativ Media xəbər verir ki, görüş zamanı Türkiyə–Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan danışıq çərçivəsində Türkiyə ilə Pakistan arasındakı qədim dostluq və güclü həmrəyliyin atılan addımlarla daha da möhkəmləndiyini vurğulayıb.
Dövlət başçısı həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin Qurban bayramını təbrik edib.