Menyu

Kolumbiyada 6,8 bal güclündə zəlzələ olub

Əsəd Abbaslı
Kolumbiyada 6,8 bal güclündə zəlzələ olub
1 dəq oxu

Kolumbiyanın mərkəzi hissəsində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 8-i Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin episentrindəki intensivlik “dağıdıcı” kimi qiymətləndirilir.

Əlaqəli Xəbərlər