Moskvada tornado təhlükəsi barədə xəbərdarlıq edilib
Əsəd Abbaslı
Rusiyanın paytaxtı Moskvada pis hava və qeyri-sabit atmosfer səbəbindən kiçik tornadoların yaranması riski yüksəkdir.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
KİV bildirir ki, Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand açıqlamasında belə deyib.
Qeyd edək ki, bu gün Moskva vilayətində gün ərzində ikinci güclü tufan başlayıb.
Hazırda paytaxtda güclü yağış müşahidə olunur. Moskva vilayətinin bəzi yerlərində güclü dolu yağır, külək isə güclənməkdədir.
Paytaxtda Moskva Dairəvi Yolu (MKAD) leysandan sonra qismən suyun altında qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net