"Boeing 747" Moskvada təcili eniş edib

Əsəd Abbaslı
"Boeing 747" Moskvada təcili eniş edib

Rusiyanın "Boeing 747" sərnişin təyyarəsi Şeremetyevo hava limanında məcburi eniş edib.

Operativ Media xəbər verir ki, təyyarə Moskvadan Anadıra uçurmuş.

Hava gəmisi göyə qalxsa da, tezliklə eniş üçün hazırlaşmağa başlayıb.

Onun qayıtmasına səbəb kondisionerdəki nasazlıq olub, kabində temperatur gözlənilmədən artıb.

Saat 20:19-da (Bakı vaxtı ilə 21.19) təyyarə eniş edib.

Digər xəbərlər