12 ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan edən qərar qüvvəyə minib

admin
12 ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan edən qərar qüvvəyə minib

12 ölkənin vətəndaşlarına ABŞ-yə səyahətini qadağan edən qərar qüvvəyə minib.

Operativ Media xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp sərəncam imzalayıb.

Bu qərarın həyata keçirilməsinin qeyri-qanuni mühacirlərə dəstək məqsədilə başladılan və getdikcə şiddətlənən nümayişlərə təsir edib-etməyəcəyi maraq doğurur.

Sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səfəri qadağan edilib.

Tramp həmçinin Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri qoyub.

Digər xəbərlər