Ukrayna özü qərar verə bilsəydi, sülh sazişi 2022-ci il fevralın 28-də imzalana bilərdi.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya tərəfdən danışıqlarda iştirak edən nümayəndə heyətinin keçmiş rəhbəri Vladimir Medinski məlumat verib.
O bildirib ki, əgər Ukrayna özü qərar verə bilən tərəf olsaydı, onda sülh müqaviləsi artıq 2022-ci il fevralın 28-də, yəni ilk görüş zamanı imzalana bilərdi.
O, həmçinin qeyd edib ki, 2022-ci ildə İstanbul görüşünə hazırlanmış saziş layihəsi 19 səhifədən ibarət idi və həmin sənədə şəxsən Vladimir Putin 1-2 düzəliş etmişdi.