Menyu

Görkəmli pedaqoq Tamilla Məmmədova vəfat edib

Əsəd Abbaslı
Görkəmli pedaqoq Tamilla Məmmədova vəfat edib

Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

Operativ Media xəbər verir ki, Tamilla xanım ömrünü sənətə və təhsilə həsr edib, qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.

Onun əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və “Azərbaycan” gəmisində nümayiş olunub.

Azərbaycan Rəssamlıq Akademiyasının ilk elmi katibi, yüzlərlə tələbənin sevimli müəllimi olmuş Tamilla xanım həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.

Allah rəhmət eləsin!

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər