Menyu

Kaliforniya qubernatoru ABŞ Prezidentini məhkəməyə verəcək

Əsəd Abbaslı
Kaliforniya qubernatoru ABŞ Prezidentini məhkəməyə verəcək
1 dəq oxu

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcək.

Operativ Media xəbər verir ki, Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsinə etiraz olaraq bu addımı atacaq

Demokratlar Partiyasından olan qubernator bu addımı qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb.

O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl ştatın qubernatoru ilə razılşdırmalı idi.

Sonuncu dəfə ABŞ-da Prezident 1965-ci ildə qubernatorun icazəsi olmadan Milli Qvardiyadan istifadə edib.

Əlaqəli Xəbərlər