Menyu

İsrail Yəmənin Hudeydə şəhərini vurub

Əziz Əzizli
İsrail Yəmənin Hudeydə şəhərini vurub

İsrail aviasiyası husilərin (“Ənsar Allah” üsyançı hərəkatı) nəzarətində olan Yəmənin eyniadlı vilayətinin inzibati mərkəzi Hudeydə şəhərinə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum Hudeydə limanındakı infrastruktur obyektlərini hədəf alıb. Zərbənin nəticələri, o cümlədən mümkün tələfat və qurbanlar barədə hələlik məlumat verilməyib.

Bir gün əvvəl İsrail ordusunun sözçüsü Aviçai Edri, husilərin nəzarətində olan ərazilərdə yerləşən Hudeydə, Ras İsa və Əs-Salif limanlarından insanların təxliyə olunmasına çağırış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər