Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində təmsil olunacaq
Əziz Əzizli
Sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycan da təmsil olunacaq.
Operativ Media “Azərpoçt” MMC-nin məlumatına istinadla xəbər verir ki, bu il Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.
Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
Konqreslə bağlı bu yaxınlarda Bakıda hazırlıq tədbiri keçirilib. Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə heyətinin üzvü Elgün Rəsulov təmsil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net