İsrail Madleen yardım gəmisində saxlanılan 4 fəalı Qəzzaya deportasiya edib

admin
İsrail Madleen yardım gəmisində saxlanılan 4 fəalı Qəzzaya deportasiya edib

İsrail Qəzzaya humanitar yardım apararkən Madleen gəmisində beynəlxalq sularda saxlanılan Qreta Tunberq də daxil olmaqla 12 hüquq müdafiəçisindən dördünü deportasiya edir.

Operativ Media xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirliyi (XİN) məlumat verib.

İsrail tərəfindən saxlanılan Madleen yelkənli qayığı Usdud limanına gəlib.

Nazirlikdən verilən açıqlamaya görə, həbsdə olan 12 hüquq müdafiəçisi ölkələrinə geri göndərilmək üçün gecə saatlarında Tel-Əvivin Ben Qurion hava limanına gətirilib.

Qeyd olunub ki, deportasiya vərəqələrinə imza atmaqdan imtina edən fəallardan 8-i proseslərinin başa çatması üçün hakim qarşısına çıxarılacaq.

Digər xəbərlər