İranda 9 İŞİD üzvü edam edilib

admin
İranda 9 İŞİD üzvü edam edilib

İran edama məhkum edilən 9 İŞİD üzvünün vəziyyəti ilə bağlı bəyanat verib.

Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bəyanatda qeyd olunub: "Edam edilən İŞİD üzvləri 2018-ci il yanvarın 27-də ölkənin qərb sərhəd rayonlarında və mərkəzi şəhərlərində insanlara qarşı hücumlar təşkil etmək məqsədi ilə ölkəyə gəıiblər".

Bəyanatda sözügedən qruplaşmanın təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda mühasirəyə alındığı, qarşıdurmada çox sayda İŞİD üzvü ilə İran İnqilabı Keşikçiləri Korpusunun 3 əməkdaşının öldürüldüyü bildirilib.

Açıqlamada əməliyyatda ələ keçirilən 9 İŞİD üzvünün Tehran İnqilab Məhkəməsi tərəfindən mühakimə olunaraq edam cəzasına məhkum edildiyi, Ali Məhkəmənin bu hökmü təsdiqləməsindən sonra sözügedən şəxslərin edam edildiyi bildirilib.

Digər xəbərlər