Lənkəranda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Əsəd Abbaslı
Lənkəranda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Lənkəranda qəzada xəsarət alan 6 nəfərin son vəziyyəti açıqlanıb.

Bu barədə Operativ Media-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, qəzada xəsarət alan yaralılardan 4-ü azyaşlıdır.

Bildirilib ki, bu gün saat 14:08 radələrində Lənkəran rayonu Girdəni kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumada bildirilir: "Hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Qeyd edək ki, bu gün Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol qəzası baş verib. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.

Digər xəbərlər