Menyu

ABŞ Ukraynaya hərbi yardımın məbləğini azaldır

Əsəd Abbaslı
ABŞ Ukraynaya hərbi yardımın məbləğini azaldır
1 dəq oxu

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.

O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, - deyə o bildirib.

2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.

Əlaqəli Xəbərlər