Menyu

Dövlət qurumlarına qarşı kiberhücumlar 24% artıb

Əziz Əzizli
Dövlət qurumlarına qarşı kiberhücumlar 24% artıb

Cari ilin beş ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Operativ Media XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb.

Ümumilikdə cari ilin may ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 82 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər