Menyu

Emin Əmrullayev Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir

Əziz Əzizli
Emin Əmrullayev Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir

10-12 iyun tarixlərində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir.

Operativ Media xəbər verir ki, sözügedən konfrans "İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir Kəmər, Bir Yol üçün Elm və Texnologiya İnnovasiya Birliyinin Birgə Qurulması" mövzusuna həsr edilib. 

Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. 

Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər