Nyu-Yorkda etiraz aksiyası zamanı 86 nəfər saxlanılıb
Əsəd Abbaslı
Nyu-Yorkun Aşağı Manhetten bölgəsində keçirilən etiraz aksiyaları zamanı 80-dən çox adam saxlanılıb.
Operativ Media xəbər verir ki, etirazlar yerli vaxtla 10 iyundan 11 iyuna keçən gecə Foley meydanı ətrafında keçirilib.
Polisin aksiyada təxminən 2 min 500 nəfərin iştirak etdiyini açıqlayıb. Onlar İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsi əleyhinə şüarlar səsləndiriblər.
Polis 86 nəfəri saxlayıb. Onlardan 52-si xırda cinayətlərə görə azadlığa buraxılıb. Polisə müqavimət və digər cinayətlərdə ittiham olunan 34 nəfər isə məsuliyyətə cəlb edilib.
Teqlər:
"Nyu-Yorkda etiraz aksiyas\u0131 zaman\u0131 86 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"