Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Cənubi Kipr Rum Administrasiyası (GCASC) ilə İsrail arasında uçuşların dayandırıldığı bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə "SigmaLive" saytı məlumat yayıb.
Məlumatda İsrailin İrana hücumlarından sonra bir çox ölkədən İsrailə uçuşların Kipr Rum Administrasiyasının Pafos və Larnaka hava limanlarına istiqamətləndiyi bildirilib.
Son dəqiqə uçuşlarını ləğv edən 20 sərnişin təyyarəsi Cənubi Kiprin Rum İdarəsinə eniş edərkən, sərnişinlərin ölkədəki müxtəlif otel və obyektlərdə yerləşdirildiyi bildirilib.
Teqlər:
"C\u0259nubi Kipr Rum Administrasiyas\u0131 il\u0259 \u0130srail aras\u0131nda u\u00e7u\u015flar dayand\u0131r\u0131l\u0131b"