Menyu

AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib

Nərmin Qocamanlı
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
1 dəq oxu

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysləri ləğv edilib.

AZAL-dan Operativ Media-ya verilən məlumata görə, həmin reyslər aşağıdakılardır:

    •    Bakı-Lahor-Bakı
J2 145/146
    •    Bakı-Mumbai-Bakı
J2 059/060
    •    Bakı-Dammam-Bakı
J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər