Türkiyə İsrail-İran gərginliyi fonunda təhlükəsizliyi gücləndirib

Əsəd Abbaslı
Türkiyə İsrail-İran gərginliyi fonunda təhlükəsizliyi gücləndirib

Türkiyə İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb və bölgə ölkələri ilə əlaqələri intensiv şəkildə davam etdirir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib.

Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib.

İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar.

Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Digər xəbərlər