Putin Netanyahu və Pezeşkiyanla telefon danışığı aparıb
Əsəd Abbaslı
Rusiya Prezidenti Vladimir Putin İsrailin İrana qarşı hava zərbələri fonunda həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də İran prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb
Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti TASS-a məlumat verib.
Məlumata görə, Putin Netanyahu ilə regional vəziyyəti müzakirə edib.
İran Prezidenti ilə söhbət zamanı isə Rusiya lideri İsrailin hava hücumları nəticəsində həlak olanlar, o cümlədən mülki vətəndaşların ölümü ilə bağlı İran rəhbərliyinə və xalqına başsağlığı verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net