14 İyun 2025, 00:04
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib şəkil
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

İsrailin zərbələrindən sonra İranın Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Operativ Media xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən söyləyib.

"Xarici təsir səbəbindən Natanzdakı obyektlərin daxilində radioloji və kimyəvi çirklənmə var", - AEBA rəhbəri bildirib.

Rafael Qrossi rəhbərlik etdiyi təşkilatın nüvə qurğularının tam qorunmasını və onların sülh məqsədləri üçün istifadəsinin davam etdirilməsini təmin etmək üçün İrana ekspertlər göndərməyə hazır olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, nüvə obyektləri hücuma məruz qalmamalıdır.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün İrana mümkün qədər tez səfər etməyə hazır olduğunu deyib.

Son xəbərlər
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib