Ana səhifə / Dünya / İsrail Prezidenti: Çətin bir səhərdir İsrail Prezidenti: Çətin bir səhərdir 15.06.2025, 11:00 Əsəd Abbaslı "Çox kədərli və çətin bir səhərdir". Operativ Media xəbər verir ki, bu barədə İsrail Prezidenti İsxak Hersoq “X” paylaşımında deyib. O bildirib ki, İranın hava zərbələri nəticəsində mülki şəxslər həlak olub. Prezident vurğulayıb ki, ölənlər arasında, yahudilər, ərəblər, o cümlədən uşaqlar, qadınlar və qocalar var. Dövlət başçısı əlavə edib ki, onlar bu çətin sınaqlardan birlikdə çıxmağı bacaracaqlar.