Ana səhifə / Dünya / Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail gərginliyini müzakirə ediblər Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail gərginliyini müzakirə ediblər 17.06.2025, 19:14 Əsəd Abbaslı Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər və Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov telefon danışığı aparıblar. Operativ Media xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzularından biri İran və İsrail arasında davam edən gərginlik olub. Tərəflər, həmçinin ikitərəfli hərbi əməkdaşlıq, bölgədəki müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflərin bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına dair mövqelərini bölüşdükləri qeyd edilir. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor
24.07.2026, 20:00 XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub