17 İyun 2025, 22:49
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb şəkil
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb

İsrail Hərbi Hava Qüvvələrinin 60 təyyarəsi İranın mərkəzinə geniş zərbə dalğası endirmək üçün bir neçə saat əvvəl havaya qalxıb.

Operativ Media xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü, general-mayor Effi Defrin deyib.

Onun sözlərinə görə, zərbə dalğasının hədəfi İsrailə yönəlmiş ballistik raket qurğularını məhv etməkdir.

Effi Defrin bildirib ki, İsrailin son günlərdə endirdiyi zərbələr səbəbindən İran öz qüvvələrini ölkənin mərkəzinə çəkib.

"İndi onlar raketləri İsfahandan buraxmağa çalışırlar. Onlar İranın qərb hissəsindən geri çəkiliblər, lakin biz onların arxasınca gedirik", - İsrail ordusunun rəsmisi əlavə edib.

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək