18 İyun 2025, 05:12
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb şəkil
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb

ABŞ-nin İsraildəki səfirliyi və onun ölkədəki bütün filialları iyunun 20-dək bağlı olacaq.

Operativ Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.  

Açıqlamada qeyd olunur ki, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri hələlik İsraildə qalacaq və hər zaman sığınacaqların yaxınlığında olmalıdırlar.  

Səfirlik qərarın hazırkı təhlükəsizlik vəziyyəti və İsrail ilə İran arasında davam edən münaqişə nəzərə alınaraq qəbul edildiyini açıqlayıb. Bundan əlavə, İsrail ordusunun komandanlığının göstərişləri də nəzərə alınıb.  

Diplomatlar həmçinin ABŞ vətəndaşlarının iyunun 13-dən bəri mülki aviasiya üçün bağlı olan hava məkanı vasitəsilə İsraili tərk etmələrinə kömək etmək üçün heç bir imkanlarının olmadığını bir daha vurğulayıblar. Ümumi məlumat üçün səfirlik xatırladıb ki, Ben-Qurion Beynəlxalq Hava Limanı və İsrailin bütün dəniz limanları bağlı qalır. Hazırda ölkədən Misir və ya İordaniya vasitəsilə quru yolu ilə çıxmaq mümkündür, sərhəd keçid məntəqələri isə həmişəki kimi fəaliyyət göstərir.

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək