KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
Əziz Əzizli
Amerika rəsmiləri hesab edirlər ki, qarşıdakı 24–48 saat İran ətrafındakı vəziyyət üçün həlledici olacaq. Çünki bu müddət ərzində Vaşinqton İsrailin hərbi əməliyyatına qoşulub-qoşulmayacağı ilə bağlı qərar verilə bilər.
Operativ Media xəbər verir ki, bu barədə iyunun 17-də ABC News məlumat yayıb.
Məlumata görə, sözügedən zaman ərzində Vaşinqton İranla münaqişənin diplomatik yolla həllinin mümkün olub-olmadığına qərar verəcək. Əks halda, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatlara başlamaq barədə qərar qəbul edə bilər. Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranın danışıqlar masasına qayıdacağına və uranın zənginləşdirilməsindən tamamilə imtinanı nəzərdə tutan sazişi imzalayacağına ümid edir.
Teqlər:
"K\u0130V: AB\u015e 24-48 saat \u0259rzind\u0259 \u0130ranla h\u0259rbi \u0259m\u0259liyyata gir\u0259 bil\u0259r"