Menyu

FED faiz qərarını açıqlayıb

Əsəd Abbaslı
FED faiz qərarını açıqlayıb

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin rəsmi saytında açıqlama verilib.

Qeyd olunur ki, cari faiz diapazonu 2024-cü ilin dekabrından etibarən dəyişməz qalıb.

Məlumatda həmçinin bildirilib: "İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalsa da, hələ də yüksək səviyyədə qalır."

FED-in bu qərarı bazar iştirakçılarının gözləntiləri ilə tam üst-üstə düşüb. CME birjası tərəfindən hazırlanan “FedWatch” alətinə görə, faiz dərəcəsinin dəyişmədən saxlanma ehtimalı 99,9% təşkil edib.

Teqlər:

"FED faiz q\u0259rar\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər