Bloomberg: ABŞ Yaxın Günlərdə İranı vurmağa hazırlaşır

Əziz Əzizli
Bloomberg: ABŞ Yaxın Günlərdə İranı vurmağa hazırlaşır

Amerikanın yüksək rütbəli rəsmilərinin yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşdığı bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilərdi. Lakin planlarda dəyişiklik olma ehtimalı da var. Eyni zamanda, ABŞ-də bir sıra federal qurumların yüksək vəzifəli rəhbərliyi tətilə hazırlaşır.

Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İran-İsrail münaqişəsinə ABŞ-nin müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində kəskin şəkildə dəyişib. Bildirilir ki, senator Lindsi Qrem Trampı Tehrana qarşı hərbi əməliyyatları nəzərdən keçirməyə sövq edir.

Digər xəbərlər