Menyu

Yeni Zelandiya Rusiya, Belarus, Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib

Əziz Əzizli
Yeni Zelandiya Rusiya, Belarus, Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya hakimiyyəti Rusiya və Belarusun müəssisələri və vətəndaşları üçün yeni məhdudiyyətlər elan edib. Bundan əlavə, dörd Şimali Koreya (KXDR) və iki İran vətəndaşı da sanksiya siyahısına əlavə olunub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters bəyanat verib.

Pitersin sözlərinə görə, yeni sanksiyalar Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli qurum və fiziki şəxslərə, eləcə də Rusiyanın Şimali Koreya, İran və Belarusdan olan tərəfdaşlarına şamil olunur. O əlavə edib ki, ümumilikdə 18 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Vellinqton, həmçinin Rusiyanın “kölgə donanması” adlandırılan 27 gəmisinə də sanksiyalar tətbiq edib.

Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sanksiyalar Rusiyanın aviasiya sənayesinə məxsus bəzi müəssisələri, o cümlədən “Aeroscan”, “A.S. Yakovlev Dizayn Bürosu” və “Kalaşnikov” konsernini də əhatə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər