Hindistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni detallar bəlli olub

Əziz Əzizli
Hindistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni detallar bəlli olub

İyunun 12-də Hindistanda qəzaya uğrayan və 270-dən çox insanın həyatına son qoyan "Air India 171" saylı reysi ilə bağlı aparılan araşdırmada mühüm nəticə əldə edilib.

Operativ Media "Wall Street Journal"a istinadən xəbər verir ki, müstəntiqlər təyyarənin qəza enerjisi sisteminin qəzadan əvvəl aktiv olduğunu müəyyən ediblər.

Bu, uçuş zamanı mühərrik və ya hidravlik sistemin nasazlığı kimi nadir və ciddi texniki problemin baş verdiyini göstərir.

Bununla belə, araşdırma aparan ekspertlər fövqəladə vəziyyətin güc sisteminin səbəbinin mühərrik, hidravlik və ya digər sistem nasazlığı olub-olmamasını hələ dəqiqləşdirə bilməyiblər.

Digər xəbərlər