İranın İsrailə hücumu nəticəsində 65-dən çox insan yaralanıb
İran İsrailə 20-dən çox ballistik raketlə hücumu nəticəsində 65-dən çox insan yaralanıb, onlardan 6-sı ağır vəziyyətdədir.
Operativ Media xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Ən ağır zərbələr Bеer-Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasına, Holon şəhərindəki məktəb və yaşayış binasına, həmçinin Ramat-Qan və Bat-Yam şəhərlərindəki binalara dəyib.
Holonda 4 nəfər, Ramat-Qanda isə 2 nəfər ağır yaralanıb.
Məlumatlara əsasən, xəstəxana, məktəb, uşaq bağçası və yaşayış binalarında ciddi dağıntılar qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net