İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 838-ə çatıb
Nərmin Qocamanlı
İranın raket hücumları nəticəsində İsraildə yaralananların sayı 838 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi statistik hesabatında bildirilib.
Məlumata görə, 5 mindən çox israilli evlərindən təxliyə edilib.
"Əməliyyat başlayandan indiyədək 838-dən çox insan yaralanıb, o cümlədən 11 nəfərin vəziyyəti ağır, 42 nəfər orta ağır, 785 nəfər yüngül xəsarət alıb. 5000-dən çox insan evlərindən təxliyə olunub", - məlumatda qeyd olunub.
Məlumata görə, ölənlərin sayı isə 24 nəfərdir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma