Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib

Əsəd Abbaslı
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib

İrandakı Almaniya vətəndaşları quru yolla region ölkələrinə çıxa bilərlər.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, İranda olan Alman vətəndaşları quru yolu ilə Ermənistana, Azərbaycana və Türkiyəyə keçərək ölkəni tərk edə bilərlər.

Məlumata görə, Almaniyanın həmin ölkələrdəki səfirlikləri yardım göstərməkdə davam edir və sərhəd-keçid məntəqələrində mövcuddurlar.

Qeyd olunub ki, qonşu ölkələrdən Almaniyaya aviareyslər mövcuddur və vətəndaşlar bu uçuşlardan istifadə edərək səfərlərini davam etdirə bilərlər.

Digər xəbərlər