19 İyun 2025, 21:59
Paşinyan Brüsselə gedəcək

Brüsseldə Ermənistan–Avropa İttifaqı Tərəfdaşlıq Komitəsinin 6-cı iclası keçiriləcək.
Operativ Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarına əsasən, tədbirdə iştirak etmək üçün hökumət nümayəndə heyəti Belçikaya səfər edəcək.
Məlumata görə, iclas 7–9 iyul tarixlərində baş tutacaq.
Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vaan Kostanyan rəhbərlik edəcək.
İclas çərçivəsində Ermənistan və Aİ arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.