19 İyun 2025, 22:18
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb şəkil
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb

"Air Arabia” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Azərbaycan, Ermənistan, Gürcüstan, İran və İraqa uçuşları iyunun 30-dək dayandırıb. 

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib.

Daşıyıcının açıqlamasında deyilir ki, uçuş məhdudiyyətlərinin uzadılması qərarı “mövcud vəziyyət və hava məkanının bağlanması ilə əlaqədar” qəbul edilib.

Qeyd olunur ki, Şarja və ya Əbu-Dabidən tranzitlə bu ölkələrə gedən sərnişinlərin yola salınma nöqtəsində minməsinə icazə verilməyəcək.

Müntəzəm reyslərin müvəqqəti olaraq ləğv edilməsi ilə əlaqədar turizm paketi çərçivəsində bilet almış sərnişinlərə aviabiletin alındığı yerlə əlaqə saxlamaları tövsiyə olunub.

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək