İraq İran-İsrail münaqişəsinə görə gündə ən azı 250 min dollar itirir

Əziz Əzizli
İraq İran-İsrail münaqişəsinə görə gündə ən azı 250 min dollar itirir

İran-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən İraqın hava məkanının bağlanması ölkəyə gündə təxminən 250 min dollar ziyan vurur.

Operativ Media xəbər verir ki, bu barədə İraq parlamentinin nəqliyyat komitəsinin nümayəndəsi Amer Abdel Cabbar məlumat yayıb.

“İraqın hava məkanının bağlanmasından birbaşa itkilər gündəlik 250 min dollardan çox qiymətləndirilir”, – deyə deputatın sözlərini “Shafaq News” telekanalı sitat gətirib.

Abdel Cabbar qeyd edib ki, bu məbləğə İraq hava limanlarının, yardımçı və yerüstü xidmətlərin fəaliyyətinin dayandırılması ilə bağlı dolayı itkilər daxil deyil.

Digər xəbərlər